“GİZLİ ZİNƏTLƏR” İFADƏSİ BAŞ DEYİL, CİNSİ ÜZV VƏ SİNƏDİR
Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, YAXUD QADINLARIN ÇILPAQLIĞINI HƏLƏ ANLAMAYAN UŞAQLARDAN BAŞQASINA GÖSTƏRMƏSİNLƏR; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. [Nur surəsi, 31]
“Nur” surəsinin 31-ci ayəsində keçən “ZİNƏTLƏR” sözünün baş, saç, inci, muncuq və s. ilə əlaqəsi yoxdur. Burada qadınların ailə içindəki həyatı nümunə verilir və qadınlara ailədə sərbəstlik verildiyi göstərilir. Ayənin açıqlamasından buradakı zinət sözünün açıq şəkildə məhrəm yerlərinə işarə edildiyi görünür. Ayədə zinətlərin göstərilə biləcəyi şəxslər sayılmışdır. Bu şəxslərin arasında qadına ehtiyacı olmayan (arzusuz və ya iqtidarsız) xidmətçilər və qadınların hələ məhrəm yerlərini tanımayan uşaqlar göstərilir. Xüsusilə qadınların məhrəm yerlərini tanımayan uşaqlardan bəhs edilməsi zinət sözünün məhrəm yerlərinə işarə etdiyini göstərir.
Quranda çox sadə və çox mükəmməl açıqlama vardır. Bu səbəbdən, sözlər çox incə şəkildə işlənmişdir və ətraflı araşdırıldığında bu, aydın olur. Məhrəm yerlərinin tərifi Qurandakı nəzakətə və ədəbi sənətə uyğun şəkildə verilmiş və zinət kimi təsvir olunmuşdur.
Bizim ölçümüz Quran olduğu üçün və Qurandakı izahlar da çox açıq olduğuna görə, qadınların kişilərlə eyni mühitdə başı açıq şəkildə olması Qurana uyğun davranışdır.