Baş örtmək Quranın əmri deyil

QURANDA BAŞ ÖRTÜYÜ YOX, CUYUB (SİNƏ) ÖRTÜYÜ KEÇİR

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar; öz-özlüyündə görünən istisna olmaqla, zinətlərini göstərməsinlər; örtüklərini yaxalarının üstünə çəksinlər… (Nur surəsi, 31)

“Nur” surəsinin 31-ci ayəsində, demək olar, bütün tərcümələrdə “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində çevrilən cümlənin orijinal ərəbcəsində, əslində, “baş örtüyü” kəlməsi keçmir. Burada keçən söz “örtük”dür. Ayədəki sözlərin ərəbcə mənalarını araşdırdıqda bu, açıq şəkildə görünür. Ayədə belə keçir: “vəl yadribnə bi humurihinnə ala cuyubihinnə”.

“Yadribnə” sözü “darabə” felindən törəyib və “vurmaq”, “döymək”, “buraxmaq”, “örtmək” mənalarını ifadə edir.

“Xumurihinnə” “Xamara” sözünün törəməsidir. “Xamru” isə “şərab”, “sərxoşedici” mənalarındadır. Kəlmə bu ayədə örtük mənasını verir. Ümumiyyətlə, hər cür örtük, pərdə, sipər kimi mənalar daşıyır.

“Cuyubihinnə” “cuyub” sözünün cəmidir. Sinə, yaxa, cib, qoyun (sinə hissəsi), bağır kimi mənaları var.

“Cuyub” sözünün mənası

Bu söz bildiyimiz “cib” sözünün cəmidir (köynəkdə cib açmaq, cibinə qoymaq, cibindən çıxartmaq kimi mənalarda işlənir). Bundan başqa, “sinə”, “yaxa”, “qoyun (sinə hissəsi)”, “bağır”, “deşik”, “oyuq”, “qəpik qabı”, “yarıq”, “boyun” kimi mənalar da ifadə edir.

“Cuyub” kəlməsi Quranda 3 dəfə keçir. Bu söz “Nur” surəsinin 31-ci ayəsində işlənir və kəlmənin tək halı, yəni “ceyb” isə hz.Musa (əs) qissəsində iki ayədə keçir. Kəlmə bu iki ayədə belə keçir:

“Cuyub” sözünün tək halı, yəni “ceyb” hz.Musa (əs) qissəsində iki dəfə keçir:

Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın… (Nəhl surəsi, 12)

Əlini qoynuna (fi ceybikə) sal ki, ləkəsiz, ağappaq çıxsın… (Qəsəs surəsi, 32)

Göründüyü kimi, yuxarıdakı iki ayədə “cuyub” sözü hz.Musanın yaxası, qoynu mənasında işlənib. Bütün bunlara nəzər saldıqda “cuyub” kəlməsinin “himar”, yəni “örtmək” sözü ilə birlikdə işləndiyində sinənin örtülməsi mənasına gəldiyi məlum olur. “Başı örtmək” kimi bir məna isə ayənin heç bir yerində yoxdur.

Dolayısilə, “baş örtüklərini yaxalarının üstünə çəksinlər” şəklində təfsir edilən hissənin həqiqi mənası “örtüklərini yaxalarının üstünə çəksinlər” şəklindədir. Ayədə bildirilən hökm başın deyil, sinənin örtülməsidir.