Allah Quranda qadınları çiçəyə bənzədərək onların incə və zərif varlıqlar olduğunu bildirir. Təbii ki, qadınlarla kişilər arasında fiziki fərqliliklər mövcuddur, ancaq bu fərqliliklərin olması qadınların ağıl və qabiliyyətlərinə görə kişilərdən daha zəif olduğunu göstərməz. Əksinə, Allah Quranda Səba məlikəsini misal verməklə, qadınların bacarığına, bilgili olduğuna və idarəetmə gücünə diqqət çəkir.
Allah “Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm” (Nəml surəsi, 23) ayəsi ilə bizə qadınların idarəçi ola biləcəyini bildirir. Buna zidd olan “qadın dövlət idarəçisi ola bilməz” hökmü Quranda, ümumiyyətlə, yoxdur.