Qurana əsasən, içki içənə cəza verilməz

Rəvayət, xurafat, böhtan, uydurma və yanlış din anlayışı tarixin, demək olar ki, hər dövründə özünə həqiqi din anlayışı ilə müqayisədə daha çox tərəfdar toplamışdır. Bu anlayışı mənimsəyən saxta dindarlar həm tək və etibarlı din olan İslama, həm də bir olan Allah inancına olduqca zərər vermişlər.

Çünki yanlış din anlayışının axmaqlıq və ağılsızlıq olduğunu və bunun mənfi nəticələrini görən bəzi insanlar inancsızlığa sürüklənmiş, uca Yaradıcının belə bir din göndərmədiyini düşünmüş və nəhayət belə bir Yaradıcının olmadığı qənaətinə varmışlar (uca Allahı tənzih edirəm).

Halbuki Rəhman və Rəhim olan, sonsuz şəfqətli və mərhəmətli olan Allah qullarına qarşı əsla zülm etməz və zülmə tərəfdar olmaz.

İçki içməkdə beşinci dəfə israr edənləri öldürün. (1643- Əbu Davud, Tirmizi)

Quranda əsla olmayan bu hökm xurafat düşüncəsi ilə İslama daxil edilmişdir. Halbuki Quran ayələrində içki içdiyi halda müsəlman olan, hətta ibadətlərini yerinə yetirən şəxslərin varlığından bəhs edilirmişdir. Ayədə belə ifadə edilir:

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və natəmiz olduğunuz halda, – yolda olan (müsafirlər) istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. (Nisa surəsi, 43)

Bu ayədə çox əhəmiyyətli bir hökm var. Müsəlman içki içərək günaha girər, lakin İslamdan çıxıb kafir olmaz. Ayədəki açıq ifadəyə görə, müsəlmanlar arasında xəta edib içki içənlərin də olduğu, lakin onlara namaz qılarkən ayıq olmaları nəsihət edilmişdir. Allah namaz kimi çox diqqət tələb edən və insanın Allah’ı zikr edərkən nə dediyini anlaması gərəkən bir ibadətdə diqqət dağınıqlığından dolayı sərxoş birinin namaz qılmasını qadağan etmişdir. Lakin ayənin ifadə etdiyi mənadan görünür ki, sərxoşluq vəziyyəti keçdikdən, yəni ayıldıqdan sonra namaz qıla bilər. Yəni hər vəziyyətdə həmin adam müsəlmandır.

Quran belə açıq hökmlə insana səhv etsələr belə, dindən çıxmadığını mesaj verdiyi halda, uydurma hədisin çıxardığı saxta hökm isə cinayəti təsvir edir. Problem ondadır ki, radikal dünyada bir çox insanın bu hədisi əzbərdən bildiyinə baxmayaraq, Qurandakı əsl hökmü bilmirlər.

Unutmayaq ki, Rəbbimiz bizim üçün çətinlik deyil, asanlıq istəyir (Bəqərə surəsi, 185) və bizi ən asan olana müvəffəq edəcək (Əla surəsi, 8).