“Həşr” surəsinin 7-ci ayəsi Peyğəmbərimizə (səv) hökm izni vermir

Bu ayədə Rəsula hökm izni verilmir, ayədə mal paylamaqdan bəhs edilir. Hədis tərəfdarları Qurana zidd hədisləri qaynaq göstərmək üçün ayənin mənasını dəyişdirməyə çalışırlar. Ərəbcə bilməyənlər də buna inanırlar.

BİR ÇOX YERDƏ MÜSƏLMANLARA DƏLİL KİMİ GÖSTƏRİLƏN “HƏŞR” SURƏSİNİN 7-Cİ AYƏSİNDƏKİ HƏMİN CÜMLƏ BUDUR:

Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.

Allah Rəsuluna nəyi verməyi əmr etmişdir? Ayənin tamamını oxuduqda həqiqi mənanı görmək olar. İndi ayəyə diqqət edək:

Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, O, ARANIZDAKI ZƏNGİNLƏRİN DÖVLƏTİ OLUB QALMASIN. PEYĞƏMBƏR SİZƏ NƏ VERİRSƏ, ONU GÖTÜRÜN, NƏYİ DƏ QADAĞAN EDİRSƏ, ONDAN ÇƏKİNİN. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.

  1. QOHUM-ƏQRƏBAYA
  2. YETİMLƏRƏ
  3. YOXSULLARA
  4. MÜSAFİRLƏRƏ -QƏNİMƏTİN VERİLMƏSİ ƏMRİ VERİLİR və buna etiraz edilməməsi istənilir.

Burda yenə QURANIN ÖZÜ ÖZÜNÜ TƏFSİR ETDİYİ açıq şəkildə görünür: “o, aranızdakı zənginlərin dövləti olub qalmasın” deyə…

Ayədən göründüyü kimi hökm Qurandan verilir və səlahiyyət yalnız Qurandakı ayələrə aiddir. Başqa ayələrdə də hökmü yalnız Allahın verdiyi belə bildirilir:

Hökm yalnız Allahındır. (Yusif surəsi, 40)

O, heç kəsi öz hökmünə şərik etməz! (Kəhf surəsi, 26)