Qurana əsasən, qadın adət vaxtlarıında bütün ibadətlərini edə bilər

Qadınlar adət vaxtlarında cinsi əlaqəyə girməz, lakin hər ibadətlərini edə bilərlər. Quranda buna dair qadağa yoxdur, çünki İslam qadını heç bir vaxtda pis görməz. Qadınlar gözəl bir bitki kimidir.

Qadınların adət vaxtlarında etməməsi gərəkən şey “Bəqərə” surəsinin 222-ci ayəsində açıq və dəqiq olaraq bildirilmişdir:

Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyət verici bir haldır. Heyz vaxtı qadınlardan kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. (Bəqərə surəsi, 222)

Hökm Qurandan verilir. Din Qurandan öyrənilir. Dəstəmazı pozan şeylər “Maidə” surəsinin 6-cı ayəsində açıq şəkildə bildirilmişdir. Dolayısilə, adət halı dəstəmazı pozmaz.