Quranda bütün cəmiyyətlərə faydalı olan və onların daha yaxşı yaşamasını təmin edəcək hökmlər mövcuddur. Qurana görə, dost evində birlikdə və ayrı-ayrı olmaq qadağan deyil. Necə ki, Rəbbimiz Quranda buyurur:
DOSTLARINIZIN evlərində yemək yeməkdə heç bir günah gəlməz. BİR YERDƏ, yaxud AYRI-AYRILIQDA yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. (Nur surəsi, 61)
Ey insanlar! Biz sizi KİŞİ və QADINDAN yaratdıq. Sonra BİR-BİRİNİZİ TANIYASINIZ DEYƏ, sizi XALQLARA və QƏBİLƏLƏRƏ ayırdıq. (Hücurat surəsi, 13)
MÖMİN KİŞİLƏRLƏ MÖMİN QADINLAR BİR-BİRİNİN DOSTLARIDIR. (Tövbə surəsi, 71)
Ayələrdə də bildirildiyi kimi, qadınla kişinin eyni məkanda olması Qurana görə, qadağan deyil.
MƏGƏR ONLAR QURAN BARƏSİNDƏ DÜŞÜNMÜRLƏRMİ? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Beləliklə, evdə, işdə, kafedə, marketdə, avtobusda, yəni hər yerdə qadın və kişi bir arada ola bilər və bu, dinimizə zidd deyil.