BUXARİ (H.194-256) Buxarada anadan olub Səmərqəndin Xərtənk kəndində dünyasını dəyişib. Göründüyü kimi, yaşadığı yer Ərəbistandan çox aralıdır. Müslim və Tirmizi ondan hədis almışdır. Tirmizi və Əbu Davud tələbəsi olmuşdur. Müslim ona: “İzn ver, ayaqlarından öpüm, ey ustadlar ustadı, ey mühəddislərin seyidi”, -demişdir. Səhihinin ən məşhur nüsxələri Nəsəfi və Firəbri nüsxəsidir. Nüsxələr arasında fərqliliklər var.
Əhməd bin Hənbəl, Yəhya ibn Main, Əli ibn Mədəni, Saleh Cəzərə, Nəsəfi və Firbəri məşhur çağdaşları olub.
Buxari hədisləri yazarkən bunların səhih olmasına dair Allahın ismini çəkməklə qaranti də verir (haşa). Bu xüsusla əlaqədar belə deyib ki, incələdiyi 600.000 hədisin hər biri üçün yuyunub iki rükət namaz qılmış, Allaha istiharə edib mənəvi işarə axtarmış, ondan sonra hədisin səhihliyinə hökm etmişdir. Bu şəkildə, nəzərində səhihliyinin sübutu olmayan heç bir hədisi “Səhih”ə yazmadığını bildirmişdir. Bundan başqa, “Səhih”ini 16 ildə altı yüz min hədisdən seçib təkrarları ilə birlikdə 9082 hədis yazmışdır.
Belə hesablama aparsaq, bu sözlərin həqiqəti əks etdirmədiyi ortaya çıxar. Altı yüz min hədis üçün 600.000 dəfə yuyunduğunu və hər bir hədis üçün də iki rükət namaz qıldığını söyləməklə 600.000:(16×365)=103 dəfə yuyunduğunu iddia etmişdir. Bu, eyni zamanda, 103 dəfə namaz qılmaq deməkdir ki, gündə 103 dəfə yuyunub 103 dəfə namaz qıldığını iddia etmək ciddiyyətdən uzaqdır. Çünki gündə 103 dəfə yuyunmaq bir kənara, heç yatmasa belə, saatda ən azı dəfə dörd dəfə soyunub-geyinməlidir.
Göründüyü kimi, hədislərin səhihliyi mövzusunda iddia edilənlər tamamilə ağıldan və məntiqdən uzaqdır. Hədislərin 99 faizinin Qurana zidd olmasının səbəbi də dəqiq anlaşılır. Din Qurandan öyrənilir və din adından hökmləri hədislər, məzhəblər, icma və ya rəy deyil, Quran verir:
Hökm yalnız Allahındır. (Yusif surəsi, 40)
O, Öz mülkünə heç kəsi şərik etməz! (Kəhf surəsi, 26)