Quranda açıqlanmayan hər şeyi Allah halal etmişdir

Quranda haramlar açıq şəkildədir. Allah Quranı iman edənlərə rəhbər göndərmiş və qadağan olan şeyləri əskiksiz bildirmişdir. Ona görə də məsul olduğumuz hökmləri ancaq Qurandan öyrənə bilərik.

Sizə (bütün durumlarınızı ehtiva edən) zikrinizin içində olduğu bir kitab nazil etdik. Məgər başa düşmürsünüz? (Ənbiya surəsi, 10)

Bu ayədə Quranın hər şeyi təfsilatı ilə açıqladığını görürük.

Bəyənmədiyimiz bəzi davranışları din adı altında çirkin göstərməyə çalışmamalıyıq. Bu hərəkətlər bizə xoş gəlməyə bilər və bunları lazımsız düşünə bilərik. Lakin bunları din adından qadağan etməyə çalışsaq, səhv etmiş olarıq. Haram və günah işlərə görə məsuliyyət daşıyırıq və axirətdə bunlara görə cavab verəcəyik. ALLAH SONSUZ RƏHMƏT SAHİBİ OLDUĞUNDAN HARAMLARA MÜƏYYƏN SƏRHƏD QOYMUŞDUR. Ənənəvi məzhəb düşüncəsini mənimsəyənlər isə Allahın qullarına olan bu rəhmətini anlamamış və (haşa) dinimizi əskik görüb əlavələr etmişlər.

Ey iman gətirənlər! SİZƏ AGAH OLUNCA XOŞUNUZA GƏLMƏYƏCƏK ŞEYLƏR BARƏSİNDƏ SORUŞMAYIN. ƏGƏR QURAN NAZİL EDİLDİYİ ZAMAN ONLAR HAQQINDA SORUŞSANIZ, SİZƏ AYDIN OLAR. ALLAH BUNLARI ƏFV ETDİ. Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 101)

Ayədə bildirildiyi kimi, Quranda açıqlanmayan hər şeyi Allah əfv etmişdir. Əgər Allah bir çox sualların cavabını versəydi, o mövzudakı bəzi şeylər qadağan edilə bilərdi. Lakin Əlavə hökm çıxaran mövzuda izah verməməyi Allah bizim sərbəstliyimiz üçün kafi görmüşdür. Buna görə də Allah ayədə: “Allah bunları əfv etdi”, -deyir.

Deməli, haramları bəzi Quran təfsirçilərinin ayədəki şəxsi rəylərindən və uydurma hədislərdən deyil, yalnız ayənin özündən anlayırıq.