Din rəvayətlə yaşanmaz

Rəvayət qəti və dəqiq olmayan məlumat deməkdir.

Quran ağıl və düşünməyə dəyər verir. Ayələrin üzərində düşünməyimizi, əsla əmin olmadığımız bilgilərin arxasına düşmədən imanımızı yaşamağımızı istəyir (İsra surəsi, 36). Quranın anlatdığı dinə görə vəhy və ağıl insanların hərəkətlərinə yön verməlidir. Ənənələr cəmiyyət tərəfindən qəbul edilsə də və bir çox düşüncələr çoxluq tərəfindən müdafiə olunsa da, vəhy və ağılın doğru hesab etmədiyi şeylər insan həyatına rəhbər olmamalıdır.

Quranı Allah endirmişdir:

Batil ona nə önündən, nə də arxasından girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Füssilət surəsi, 42)

Quran yetərlidir:

Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam­­lar üçün mərhəmət və ibrət vardır. (Ənkəbut surəsi, 51)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)

Quran ən doğruya aparır:

Həqiqətən, bu Quran ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)

Ayələri inkar edənləri Rəbbimizi Qurana xəbərdar edir:

De: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz onu inkar edirsinizsə, (elə isə) uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər? (Füssilət surəsi, 52)

Rəvayətlər dövrümüzdə, demək olar, Qurandan önə keçən və onunla eyni tutulan dini hökmlər halına gəlmişdir. Bu gün bir çoxları məlumatların doğruluğunu düşünməyin yerinə təəssüf ki: “Tək birini inkar etmək Quranı ayəsini inkar etmək və dindən çıxmaqdır”, -deyirlər.