İslamı 5 şərtlə məhdudlaşdırmaq Allahın digər əmrlərinə (Quran ayələrini tənzih edirik), haşa, əhəmiyyət verməməkdir.
Halbuki İSLAMIN və İMANIN ŞƏRTLƏRİ Allahın bütün ayələrinə iman edib tabe olmaqdır. Quranda bir insanın həyatda ehtiyac duyduğu bütün məlumatlar verilmişdir. Bütün həyatı boyu Quranın bütün hökmlərinə, əmr və qadağalarına tabe olmaq və İlahi sistemin qanunlarına uyğun olan əməllər İslamın və imanın şərtidir.
Quran Allahın sözü vəhy etdiyi ayələrdir. Bütün mövcudluq və İlahi sistem Allahın yaratdığı ayələrdir. Quran doğru və yanlışın, yaxşı və pisin nə olduğunu insanlara bildirən haqq kitabdır.
İnsanların yaradılış məqsədi, ibadət şəkilləri, gözəl əxlaq bilgiləri, vücudi və ruhi sağlamlıq yolları, çətin durumlardan çıxış yolları, müxtəlif insan xüsusiyyətləri, ideal iqtisadi, siyasi və sosial həyat formaları, həmçinin ölüm, Qiyamət günü, cənnət və cəhənnəm bilgiləri və s. kimi bir çox mövzu Quranda açıqlanmışdır.
Beləliklə, möminin tək rəhbəri Qurandır və bütün Quran ayələri yolumuzu aydınladan nurdur. Quran ayələrinin hamısına iman edib tabe olmaq vəzifəmizdir.