Orucun hər gününün qəzası 1 gündür, 61 gün deyil

Qəsdən və ya bilmədən orucunu pozan, yaxud tuta bilməyən ramazandan sonra tutmadığı hər gün üçün elə bir gün qəza orucu tutmalıdır. Allah bizim çətinliyə düşməyimizi istəmir. 

Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunis surəsi, 44)
Quranda qəza olaraq 61 gün oruc tutmaq yoxdur və bu, tamamilə uydurmadır. Quranda olmayan hökm islami deyil. Oruc tutmağın kəffarəsi 61 gün deyil, 1 gündür.