Diş fırçalamaq orucu pozmur

Allah oruc tutmağı əmr edir. Oruc yeməmək, içməmək və cinsi əlaqəyə girməməkdir. Lakin gün ərzində insanın gücü çatmadığı müəyyən ehtiyacları olur. Bunları aradan qaldırmaq üçün heç bir problem yoxdur. Əgər olsaydı, Rəbbimiz bunları mütləq bildirərdi və bunu etməyimizi Quranda qadağan edərdi.
Allah dini hökmləri yalnız Quranda bildirmişdir. Quran yeganə etibarlı qaynaqdır. Dini ən xırdalıqlarına qədər yaşaya bilməyimiz üçün yetərlidir. Allah əskik və başa düşülməyən kitab yollamaz. Quran Allahın sözüdür. Allahın sözünə güvənin…
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə, çəkinəsiniz. (Bəqərə surəsi, 183)