Qadınlar adət vaxtlarında cinsi əlaqəyə girə bilməz, lakin bütün ibadətlərini edə bilərlər. Quranda buna dair heç bir qadağa yoxdur. Çünki İslam qadını heç bir zaman pis görməz. Qadınlar gözəl bir bitki kimidir. Özlərini yaxşı hiss edirlərsə, oruc tutmalıdırlar. Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyət verici bir haldır. Heyz vaxtı qadınlarla cinsi əlaqəyə girməyin və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da. (Bəqərə surəsi, 222)
Lakin qadın adət vaxtlarında özünü pis hiss edirsə, bu zaman Allah orucunu açmağa izn vermişdir, çünki Allah qullarına qarşı şəfqətlidir.
Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. (Bəqərə surəsi, 185)
Qadınlar adət vaxtlarında oruc tuta bilərlər
