Dənizə girmək orucu pozmur

Quranda bildirilən oruc ibadəti ilə əlaqədar Rəbbimizin əmr etdiyi hökmlərə əsasən, oruc tutan dənizə girə bilər. Lakin dənizə girən oruclu şəxs su udmamaq üçün diqqətli olmalıdır. Su udmamağa tədbir olaraq bəzi şəxslərin: “Dənizə girmək orucu pozur”, -deməsi uydurma hökmdür və Allah qatında əsaslı deyil. Rəbbimiz belə bir qadağa gətirməmişdir. Allah bizə çətinlik deyil, asanlıq istəyir.