Oruc müsəlmanlara nemət və şəfa vəsiləsidir. Bütün ibadətlər kimi oruc da müsəlmanın mənəvi dərinliyini artırır. Oruc iman edənlərin bir-birinin iman, səbir və cəhdinə şahid olmağına vəsilə olduğundan aralarındakı bağı gücləndirir, sevgi və mərhəmət duyğularını daha da dərinləşdirir.
Allah oruc barəsində lazım olan hər şeyi Quranda “Bəqərə” surəsinin 183, 184, 185 və 187-ci ayələrində bildirmişdir. Bu ayələrin birində Allah orucu Qurandan öncəki ümmətlərə də fərz etdiyini belə bildirir:
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz. (Bəqərə surəsi, 183)