Hər bir müsəlman aşağıdakı saxta hədisləri oxuyub səmimi şəkildə qənaətə gəlməlidir ki, gözəl əxlaqlı Peyğəmbərimiz (səv) qətiyyən belə sözlər işlətməz. Bədəvi xüsusiyyətlərə malik insanlara qadına hörməti aşılayan, qız uşaqlarını diri-diri torpağa basdıran cəmiyyətə qadın sevgisini öyrədən və Quran əxlaqını təbliğ edən Elçi, sizcə, belə ifadələr işlədərmi? Elçinin vəzifəsi Quranı təbliğ edib hər kəsi Qurandakı hökmlərə tabe olmağa çağırmaqdır. Dolayısilə, dinə dair bütün izahlar, həmçinin qadın barədə bütün məlumatlar Qurandadır.
Bu sözləri Peyğəmbər adına uyduranlar və bunlara nəfsani şəkildə tabe olanlar böyük günaha girmiş olurlar. Bunun hesabını isə Allah qatında əsla verə bilməzlər…
Qadınlar olmasa idi, kişilər cənnətə girərdi. (İbni-Ərrak, əs-Səqafi hədisi qəbul etmirlər) (Camiüs-səqir: 2/113)
Bir qadını özlərinə rəhbər seçən qövmün vəziyyəti qətiyyən yaxşı olmaz. (İbn Hənbəl, Müsnəd 5/43, 50; Tirmizi, Fitən 75; Nəsai, Xudat 8; Buxari, Fitən 18)
Qadınlara itaət peşmanlıqdır. (Təzkirətül-məvzuat 128, Kitabül-məvzuat 2, 272)
Qadınlarla müzakirə edib məsləhətləşin və dediklərinin əksini edin. (Əl-məqasidül-həsənə 248; Təzkirətül-məvzuat 128; Tənzihüs-şəriə 2-204; Silsilətül-əhadis 432)
Qadınlarla məsləhətləşməyin, onlara müxalif olun. Qadınlara qarşı müxalif olun, çünki onlara müxalifət bərəkətdir. (Qadınlara dini bilgilər 44-45; Suyuti, Ləali II, 147; İbn Ərrak, Tənzihüs-şəriə II, 210)
Allah zövcəsinə itaət edəni üzü üstə cəhənnəmə atar. (İbn Ərrak II, 215)
Qadınların arasında yaxşı qadın yüz dənə qarğa arasında alaqarğa kimidir: (Səhih Buxari)
Doxsan doqquz qadından biri cənnətdə, digərləri cəhənnəmdədir. (Səhih Buxari)
Ey qadın topluluğu! Sədəqə verin və çox istiğfar edin. Çünki mən cəhənnəm xalqının çoxunun sizlər olduğunu gördüm. (Müslim, İman 34/132; İbni Macə, Fitən 19/4003)
Qadınlar olmasa idi, Allaha haqqı ilə ibadət edilərdi. (Suyuti, Buxarı, İbn Ədiy, Əbu Xətim, İbn Cəvzi, Muhəmməd Nasuriddin, İbn Hibban hədisi saxta qəbul edirlər) (Silsilətül-əhadisüz-zəif: 74, Tənzihüş-şəriə: 1/62, Əl-ləali: 2/59)