Peyğəmbərimizin (səv) söylədiyi hər söz və etdiyi hər iş vəhy deyil. Quran Peyğəmbərimizin (səv) söylədiklərini vəhydən ayırmışdır. Peyğəmbərə yalnız Quran vəhy olunmuşdur.
Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar… (Maidə surəsi, 101)
Ayədə gördüyümüz kimi, dinlə bağlı sualların cavabının Quran nazil olduqca aydınlaşır. Əgər Peyğəmbərimizin (səv) hər söylədiyi vəhy olsaydı, sualların cavabı Qurandan axtarılmazdı. Təkcə Quran nazil olarkən deyil, hər zaman bütün suallara ilahi cavab alına bilərdi. Ancaq ayədə sualların cavabının Quranda axtarılması istənilir. Bu da Peyğəmbərimizin (səv) bütün sözlərinin vəhy olmadığını göstərir.