Allah ayələrdə qadını hz.Məryəm nümunəsində çiçəyə bənzədir və onun bütün haqlarını qoruyur. Xurafatçılar isə Quranın əksinə olaraq qadını bütün hallarda alçaldır. Bu da xurafatçıların qadınlardan nifrət etdiklərinin bir dəlilidir. Təbii ki, Qurana uyğun olaraq Peyğəmbərimiz (səv) qətiyyən belə ifadələr işlətməmişdir. Din düşmənləri bu sözləri sonradan uydurub Peyğəmbərimizin adından İslama daxil etməyə çalışıblar.
Qadınları zərər verməyəcək qədər ac saxlayın və çılpaq qalmayacaqları qədər də paltarsız buraxın. Çünki qadınlar doyunca yesələr və gözəl geyinsələr, çölə çıxıb gəzməkdən çox həzz alarlar. Fəqət onlar bir az ac, bir az da çılpaq qalsalar, onlar üçün evdə oturmaqdan yaxşı şey yoxdur. (İbnül-Cəvzi, Məvzuat, II/282283; Suyuti, Ləali, II/154 İbn Ərrak, Tənzihüş-şəriə, II/212213)
Qadınlarınıza evin qabağında oturmamaq üçün yeni paltar almayın, çünki geyimləri təzə və qəşəng olsa, çölə çıxıb gəzmək arzusuna düşərlər. (İmam Qəzali, Kimyayi-səadət, səh.178; İbn Əbi Şeybə, Müsənnəf, IV/II, 420)
Sizdən biri yaşlı, dişləri tökülmüş və çirkin ola bilər. Eyni zamanda xanımı da cavan və gözəl ola bilər. Bu cavan və gözəl qadın bazara çıxanda və ya toyda gedəndə gördüyü yaraşıqlı kişilərlə ərini müqayisə edib ərinin üzünə belə baxmaq istəməz. Bəlkə də, ərinin onu öpməyini və cinsi əlaqədə olmağını belə istəməz. Belə ki, qadının kişilərin çox olduğu yerlərə getməsi ona ən azından belə təsir edəcək. (İmam Şarani, Uhudül-kübra)
Rəsulullah buyurdu ki, sizdən biriniz sütrəsiz (səccadənin önünə qoyulan maneə) namaz qılarsa, (önündən keçdiyi təqdirdə) bunlar namazını pozar: eşşək, donuz, yəhudi, məcusi və qadın… (Buxari, Salat 90, Elm 18, Azan 161, Cəzaüs-Sayd 25; Müslim, Salat 254 (504); Müvətta, Qəsrüs-Sala)
Namazı qara it, eşşək, donuz və qadın pozur. (Səhihi-Müslim, Salat 265; Tirmizi, Salat 253/338; Əbu Davud, Salat, 110/720)
Üç şeydə uğursuzluq var: qadında, evdə və atda. (Əbu Davud, Tibb 24/3922; Müslim, Salam 34/115; Buxari, Nikah 17/4805)
Bir şeydə (uğursuzluq) olsa idi, qadın və məskəndə olardı. (Buxari, Cihad 47, Nikah 1, Tibb 43, 54; Müslim, Salam 119, Müslim, Tibb 117-120, (2226); Müvətta, İstizan 21)
Qadının yeddi sifəti var: üst-baş həvəsinə görə meymun kimi, kasıb olmağa razı olmadığına görə köpək kimi, ərinə və digərlərinə qarşı kibrindən yana ilan kimi, gecə-gündüz dedi-qodu etdiyinə görə əqrəb kimi, evindən əşya satdığına görə siçan kimi, kişilərə hiylə qurduğuna görə tülkü kimi və ərinə itaət etdiyinə görə qoyun kimidir.(İmam Qəzali, İhyayi-ülumud-din)