Qadınlar haqqında saxta hədislər -2

Məlum məsələdir ki, aşağıdakı saxta hədisləri dinin qaynağı olduğunu eşidib inanan heç bir qadın İslamı yaşamaq istəməz. Bu saxta hədislərdə qadınlar açıq-aşkar alçaldılır. Halbuki Allah ayələrdə qadını hz.Məryəm nümunəsində çiçəyə bənzədir və onun bütün haqlarını qoruyur. Bu saxta hədislərdən üz döndərmədikcə müsəlmanlar irəliləyə bilməzlər və dünya miqyasında insan haqlarından, İslamın ədalətli din olduğundan qətiyyən bəhs edə bilməzlər. Bəhs etsələr belə, Avropa ölkələri kimi qadın haqlarının qorunduğu yerlərdə bu bilgilərə heç kim inanıb etibar etməz.

Qadınları Allah geridə qoyduğu kimi, siz də geridə qoyun. (Təbərani)

Əgər bir adamın başqasına səcdə etməyini əmr etsə idim, kişilərin qadınlar üzərindəki haqlarından dolayı, qadınların kişilərə səcdə etmələrini əmr edərdim. (Səhihi-Buxari)

Döymədən istifadə edənə və etdirənə, üzündəki tükləri aldıran və dişlərini estetik əməliyyat etdirən qadınlara Allah lənət etsin. (Səhihi-Buxari)

Parik saç taxan, taxdıran, qaşlarını alan və aldıran, döymə vuran və vurduran lənətlənmişdir. (Əbu Davud, Tərəccül, 5)

İmam Museyi-Kazıma (əs) ərini hirsləndirən qadından danışdılar. O da belə buyurdu: “Əri ondan razı olana qədər günahkar sayılır”. (Qisarül-cüməl, cild 2, səh. 258)

Rəsulullah belə buyurub: “Bir qadın ərinin haqqını ödəmədiyi müddət boyu, Allahın da haqqını ödəmiş olmaz”. (Məkarimül-əxlaq, səh. 247)

Bir qadın ərinə dili ilə əziyyət verərsə, onu özündən razı edənə qədər Allah onun heç bir tövbəsini, kəffarəsini və yaxşı əməlini qəbul etməz. Hətta gündüzlər oruc tutub, gecələri ibadətlə keçirsə belə.(Bixarül-ənvar, cild 103, səh. 244)

Bir qadın ərindən boşanarsa, cənnət qoxusu ona haram olar. (Qadınlar üçün dini məlumatlar, səh.61)