Qurana əsasən, heç kim başqasının yükünü daşımaz

El arasında başqasına Allahın razı olmadığı bir şey etdirmək istəyənlər “sən et, günahı mənim boynuma” kimi ifadələr işlədirlər. Lakin Allah “Heç bir günahkar başqasının günahını daşımaz” (Fatir surəsi, 18) ayəsi ilə bu mövzuda hökmünü bildirmişdir.

Dolayısilə, Qurana tabe olduğunu, və Allahın ayələrinə iman etdiyini deyən şəxs Allahın bu hökmünə uyğun davranmalı, Qurana və Peyğəmbərimizin (səv) etdiklərinə zidd olan sözlər işlətməməlidir.

Hər kəsin qazandığı yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi, 164)