QURBAN ALLAHA YAXIN OLMAQ ÜÇÜN KƏSİLİR
İslam hökmlərində təhrif olunan ən əhəmiyyətli mövzulardan biri Qurbandır. Mənası (Allaha) yaxınlaşmaq olan Qurban öz mənasından uzaqlaşdırılmış və İslamı qəbul edən bir çox mədəniyyətlərin qədim dini ayinləri ilə birləşdirilərək tamamilə bütpərəst ayinə çevrilmişdir.Qədim ərəblərin və iranlıların dini ayinlərinin və şamanizmin təsiri ilə Allaha yaxınlaşma ibadəti əvəzinə, Allaha şərik qoşulan bir ayin olmuşdur. Kəsilən qurbanlıqların belinə oturaraq mistik Sirat körpüsündən keçiləcəyi bunlardan sadəcə biridir.