Peyğəmbərimiz (səv) bizə canımızdan daha dəyərlidir

Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. (Ənbiya surəsi, 107)

Bu ayədə bildirildiyi kimi, hz.Muhəmməd dünyada yaşayan və yaşamış milyardlarla müsəlmanın İslamla şərəflənməsinə vəsilə olan mübarək və aləmlərə rəhmət peyğəmbərdir.
Peyğəmbərimiz bütün aləmlərə göndərilmiş və vəzifəsinin öhdəsindən ən yaxşı şəkildə gəlmişdir. Bütün dünyaya sevgi müəllimi olan Peyğəmbərimizi canımızdan çox sevməliyik. Dinə inanmayanlardan və ya Rəsulullah ilə iman edənlərin arasını açmaq istəyən fitnəkarlardan uzaq durub Peyğəmbərimizin gətirdiyi nuru, yəni Quranı həyatımıza rəhbər etməliyik. Quranın qüsursuz, açıq-aydın, başa düşülən və birbaşa Allah tərəfindən açıqlanan kitab olduğunu bilib başqa hökm gətirənlərə aldanmamalıyıq. Peyğəmbərimiz kimi, biz də Allahın yol göstərici kitabına inanıb ona tabe olmalıyıq…
Bütün Peyğəmbərlər kimi, hz.Muhəmməd də Allahın yolladığı kitabı cəmiyyətlərə çatdırdı, çünki onların vəzifələri vəhyi insanlara çatdırmaq idi. Hökm sahibi olan isə yalnız Allahdır.

… “Ey qövmüm! Mən Rəbbimin mənə vəhy etdiyi hökmünü sizə çatdırdım və sizə öyüd-nəsihət verdim” … (Əraf surəsi, 79)