Qurana əsasən, intihar və günahsız birini öldürmək haramdır

Quranda heç bir zülm müdafiə olunmur. ALLAH ZALIMLARI SEVMİR. Quranın tamamına hakim olan ədalət anlayışı inanan və inanmayan hər kəsə eyni şəkildə tətbiq olunmaq şərtini daşıyır.

İSLAMA ƏSASƏN, ƏN BÖYÜK FƏTH SÜLHDÜR. Çünki İslam sülh deməkdir və eyni şəkildə müsəlman əmin-amanlıq və güvənlik sahibidir. İslam dinində haqsız hücum və zülmə qətiyyən izin yoxdur. Belə ki, “İsra” surəsinin 33-cü ayəsində: “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin”, –deyə buyurulur.

Hər inancda olan insana və ya inancı olmayana təbliğ edilər, lakin qəbul edib-etməmək hər kəsin şəxsi işidir. Qəbul etməyəni hesaba çəkmək ancaq Allaha aiddir.

Bundan başqa, insanın öz nəfsinə qıyması, yəni intihar etməsi də İslam dinində haramdır. Bu barədə “Nisa” surəsində belə buyurulur:

… Özünüzü öldürməyin! (Nisa surəsi, 29)

Bütün bu Quran hökmləri qarşısında müsəlman olub-olmamağından asılı olmayaraq, hər hansı bir şəxs başqalarına haqsız yerə zülm edərsə, Allahın qanununa zidd davranmış olar və bununla yanaşı, zülm və terror dinə qətiyyən uyğun deyil.