Qurana əsasən, fikir azadlığı dini məsuliyyətdir

 

QURANA ƏSASƏN, FİKİR AZADLIĞI DİNİ MƏSULİYYƏTDİR

Quranda ağıl əsas götürülür. Ağıl isə insanı digər varlıqlardan ayıran əhəmiyyətli xüsusiyyətdir.  Ağıl düşünməyə vəsilə olur. Quran təxminən səksən ayədə “heç düşünmürsünüz” ifadəsi ilə düşünməyin əhəmiyyətli olduğunu vurğulayır. Bəs Quran niyə düşünməyin üzərində bu qədər durur?

Lazımi qədər dərin düşünmədikdə insan məsuliyyət daşıdığı kitabın (Züxruf surəsi, 44) dünyəvi hökmlərindən də bixəbər olub qaranlıq dünyada yaşayar. Qaranlıq zehniyyət isə düşüncə hürriyyətindən uzaqdır. Fikir azadlığı bir insanın beynindəki düşüncələrini sözlü və ya feili olaraq xarici aləmə əks etdirməsidir.

İnsan dərin düşünmədikdə ağıllı surətdə iman etməz. İmanı səthi olar və təqlid xəstəliyi ilə ağıl və elmin yolunu bağlayar. Fikir azadlığına önəm verən biri üçün əsas prinsip “Yusif” surəsinin 76-cı ayəsi olmalıdır. Aləmlərin Rəbbi Allah belə buyurur:

…Hər bilik sahibindən də üstün bir bilən vardır. (Yusif surəsi, 76)

Bir ayə üzərində lazımi qədər düşünüb iman edən üçün “Şura” surəsinin 38-ci ayəsinə itaət etmək də qaçılmaz olur:

…işləri barədə öz aralarında məsləhətləşir… (Şura surəsi, 38)

Məsləhətləşmək, əlbəttə, insanın kibirli olmağının, öz ağlına güvənməyinin qarşısını alır və onu yeni fikirlərə açıq tutur. Bu ayələrə iman edən şəxs qarşısındakının fikirlərini azad ifadə etməsinə zəmin yaradır və ona güvənlik hissi verir. Bu şəkildə məsləhətləşməyin bərəkəti yeni fikirlərlə özünü göstərir.

Quranda işlənən “heç düşünmürlər?”  ifadəsi söz azadlığına tək başına dəlildir. Çünki insanlar ancaq sərbəst düşüncə mühitində düşünə bilərlər və başqa insanları da bu mühitdə düşünməyə dəvət edərlər.

Quranda fikir azadlığına böyük əhəmiyyət verildiyi halda, inancı təzyiq altında tutmaq olmaz. Düşüncəni təzyiq altında tutmaq və bir fikri qarşı tərəf zorla aşılamaq o insana heç bir şey qazandırmaz, əksinə, onu daha da uzaqlaşdırar.

Quranda fikir azadlığı mütləq ifadədir. İddia edilənin əksinə olaraq, Quranın doğru düşüncədən və alternativ fikirlərdən qorxusu yoxdur. Azad şəkildə ifadə edilməyən düşüncə zamanla zəifləyir və artıq yeni fikirlərin yaranması yox olur. Yeni düşüncələr isə ancaq fikir azadlığının təmin edilməsi ilə gerçəkləşir. İnsan azad olduğu ölçüdə insandır. İnsanı azad etməyi hədəf alan Quranda bunun üzərində  çox durulur. Quranda fikir azadlığının əsas xüsusiyyətləri bunlardır:

Dəlilsiz fikir irəli sürməmək (Əhzab 70, Tövbə 119)

Boş və mənasız sözlərdən çəkinmək (Muminun 3)

Əziyyət verici sözlərdən çəkinmək (İbrahim 24-26)

Zənn və təxminlə danışmamaq (Ənam 116, Yunis 36)

Təqliddən uzaq durmaq və özün kimi olmaq (Ənbiya 53-56, Loğman 21, Maidə 104)

Qısa şəkildə desək, Quranın ən birinci məqsədi vicdanın mümkün qədər azad olmasıdır. Quran hürriyyətə bütün yolları açmışdır. Qabalığı, təzyiqi və şiddəti isə qadağan etmişdir.