Hədislər Quranın açıqlaması deyil (Quranın təfsiri Quranla olur)

Quranı kim açıqlayır? Bunun cavabını Qurana baxaraq öyrənə bilərik.

Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir. (Qiyamət surəsi, 19)

“Beyyinə” ifadəsinən Quranda açıq dəlil kimi istifadə edilmişdir. Bu ifadənin keçdiyi “Ənfal” surəsinin 42-ci ayəsini araşdıraq:

“…həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın…” (Ənfal surəsi, 42)

Qurana görə, insan “beyyinə” (açıq dəlil) üzərində olmalıdır. Yəni ənənələrdən irəli gələn “belə gördük, ona görə də belə edirik” məntiqi və çoxluğun tabe olduğu əməllər Quranın anlatdığı İslama uyğun gəlməz. Qurana əsasən, Quranın özü “beyyinə” dir (açıq dəlildir). Buna görə də ancaq Quranı dinin tək qaynağı kimi görənlər  açıq dəlilə tabe olmuş olurlar.

Qurana bütövlükdə nəzər saldıqda bir çox möhkəm ayədə Quranın Allah tərəfindən açıqlanmış olaraq göndərildiyini tam anlamaq mümkündür:

Əlif. Ləm. Ra. (Bu,) müdrik, xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir kitabdır. (Hud surəsi, 1)

Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik. (Nur surəsi, 34)

Biz bu Quranda izah etdik ki, onlar düşünüb ibrət alsınlar. Lakin (bu) onların yalnız nifrətini artırır. (İsra surəsi, 41)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 89)

Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər! (Ənam surəsi, 65)

Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab gətirdik. (Əraf surəsi, 52)