“Şərif saqqal” və ya “şərif qədəm” müqəddəs deyil; Peyğəmbərimizə də aid deyil

İslam aləmində müqəddəs qəbul edilən bəzi şeylər Qurana görə müqəddəs sayılmır. Bir şeyin müqəddəs olması üçün o, mütləq Quranda buyurulmalıdır. Peyğəmbərimizə məxsus olduğu iddia edilən əşyaların ona aid olduğuna dair heç bir dəlil yoxdur, onların tarix testi də aparılmamışdır. Bunları saxlayanlar belə bir testə yaxın durmurlar. Dünyanın müxtəlif yerlərində müqəddəs əmanət adı altında minlərlə əşya və başqa materiallar vardır; bunların heç biri müqəddəs sayılmır və Peyğəmbərimizə də aid deyillər. Ona aid olsa belə, yenə müqəddəs sayılmır. Əksinə, belə şeylər Allahdan başqa güc və qüdrətin başqa yerlərdə axtarılması  baxımından çox təhlükəlidir. Bundan çəkinmək lazımdır.

Bu cür hərəkətlər Allaha bir və tək olaraq iman edən möminlərə yaraşmır. Peyğəmbərimiz də yaşasaydı, bunu əsla qəbul etməzdi.

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!  (Beyyinə surəsi, 5)