Hz. İsa Quranda Allahın ondan salam ilə bəhs etdiyi mübarək peyğəmbərimizdir. Yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz hz.İsanın doğum günü olan bu günün zülmə məruz qalan məzlum qardaşlarımız üçün və bütün məzlum xalqlar üçün yer üzünə hüzur, salamatlıq və sülhün başladığı bir gün olmasını Allahdan diləyirik.
Hər mömin hz.İsanın Allaha olan dərin imanını, hörmətini və bağlılığını nümunə götürməli, aləmlərə rəhmət olan mübarək peyğəmbərimiz hz.Muhəmmədin (səv) yolunda Quran əxlaqını yaşamalıdır.
Heç şübhəsiz, dünyamız fərqli din mənsublarının birlikdə gözəl şəkildə yaşaması, yaxşılıqda yarışması və sevgidə bir-birinə örnək olması ilə gözəlləşəcək.