“Amin” sözünün yerinə “inşaAllah” demək daha uyğundur

“AMİN” SÖZÜNÜN YERİNƏ “İNŞAALLAH” DEMƏK DAHA UYĞUNDUR

İnsanların keçmişi, bu anı və gələcəyi haqqındakı hər şey Allah qatında əvvəldən yazılmışdır. Allah bunu Quranda bizə qədər anlayışı ilə açıqlamışdır. İnsan heç bir şəkildə bu qədərdən kənara çıxa bilməz. Qısa olaraq, insanın gələcəyi ancaq Allahın müəyyən etdiyi şəkildə gerçəkləşir. Buna görə də Allah insanların gələcəkdə görəcəyi işlər haqqında danışarkən “inşaAllah” demələrini buyurmuşdur. Çünki insan nə plan qurursa-qursun, Allahın dilədiyindən xaric heç nə gerçəkləşmir.
Bu səbəbə görə müsəlmanlar yalnız Allahın istədiklərinin gerçəkləşəcəyinə iman etdikləri üçün bir dəqiqə sonra üçün belə qəti danışmaz və sözünü “Allahın diləməsi ilə” mənasına gələn “inşaAllah” kəlməsi ilə bitirər.

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah”- de!) (Kəhf surəsi, 23-24)