Qurana görə, dindən çıxana cəza verilməz

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 29)

Bir insanın iman etməyi üçün bütün həqiqətlər göz önündədir. Rəbbimizin ayədə buyurduğu kimi, istəyən inanar, istəyən də inkar edər. Bir şəxs öncələr imansız olub sonra iman edə bilər. Yaxud da sonsuz gözəl həyatdan vaz keçib İslamdan təkrar üz döndərə bilər. Allah bunun qarşılığını axirətdə verəcəkdir və dünyada hər hansı bir cəza verilməsini bildirməmişdir. Lakin Qurana zidd rəvayət mədəniyyətinə əsasən, dindən çıxan mütləq öldürülməlidir. Mürtədin cəzası tövbə etmədiyi təqdirdə öldürülməkdir:

Dinini dəyişdirəni öldürün. (Buxari, Cihad 149)

Allahın hökmü olmayan əməllər, əlbəttə ki, böyük zülmdür. Dindən çıxanın öldürülməsi islami deyildir. İslami olmayan insani də deyildir. Həmin şəxs sonralar tövbə edib iman edə bilər. Öldürülərsə, həm tövbə fürsəti əlindən alınmış olur, həm də onu öldürən belə hökm olmadığı üçün qatil olmuş olur. Quran açıq-aydın kitabdır və İslama dair bütün hökmlər ondadır. Qurani olmayan şeytanidir.