Qüdsi hədislər Allaha qarşı söylənən böyük iftiradır

Allahın hökm olaraq bildirmədiyi və Kitabında da bu mövzu ilə əlaqədar heç bir məlumat vermədiyi “qüdsi hədislər” Allaha və peyğəmbərinə qarşı uydurulan böyük iftiralardır. İslam adından uydurulan yüz minlərlə rəvayətin bir çoxunun heç bir əsası yoxdur. Bəzi rəvayətçilər daha da irəli gedib bu uydurulan rəvayətləri Allaha ithaf edib bunları Allahın söylədiyini iddia etmişlər. Bunları uydurarkən müəyyən açıqlamaya ehtiyac duyub qüdsi hədislərin Quran kimi vəhy olmadığını və vəhyi-qeyri-mətluv (guya Peyğəmbərimizin Qurandan xaric aldığı vəhy) olduğunu bildirmişlər. Halbuki bütün hökmlər Qurandadır. Rəbbimiz ayədə belə buyurur:

Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?! (Casiyə surəsi, 6)

Allah dinini Quranla tamamlamışdır və qullarını yalnız Qurandan məsul tutmuşdur. Quran xarici rəvayətlər qətiyyən dinə qaynaq deyildir. Peyğəmbərimizin adından uydurulan hədislər İslamın qaynağı olmadığı kimi, Allaha qarşı böyük iftira olan qüdsi hədislər də İslamın qaynağı deyildir. İslamın yeganə qaynağı birbaşa Allah tərəfindən açıqlanan Qurandır. Rəbbimiz bizi yalnız Qurandan məsul tutmuşdur.

İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir. (Maidə surəsi, 44)

Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”, -deyəcəklər. Allahın lənəti olsun zalımlara! (Hud surəsi, 18)

Biz də rəvayətlərə tabe olanlara qarşı şahidlik edirik və deyirik ki, Allaha qarşı yalan söyləyənlər bunlardır.