Qurana əsasən, it-pişik saxlamaq haram deyil

Xurafatçı düşüncə Qurandan xaric qaynaqları dəlil kimi göstərib it-pişik saxlamağın haram olduğunu iddia edir. Halbuki Quranda bu sevimli canlıların bəslənməsinin günah olduğunu bildirən heç bir hökm yoxdur. Əksinə, bu canlıları yaradan Allah bizdən onları qorumağımızı, onların şirin görünüşünə baxıb zövq almağımızı, Rəbbimizin gücünü və sənətini düşünməyimizi və bizə bu saysız-hesabsız gözəllikləri yaratdığı üçün Ona şükür etməyimizi istəyir.

Quranda heyvanlar Allahın sənət əsəri kimi və üzərində düşünülməsi gərəkən iman həqiqəti olaraq nümunə verilir:

Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? (Ğaşiyə surəsi, 17)

Bundan başqa, Quranda heyvanlarda yaradılış dəlillərinin olduğu xəbər verilir:

Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)

Quranda Allah növbənöv heyvanları Özünə təriflər deyən ağıllı və möhtəşəm yaradılış nümunəsi kimi örnək vermiş və peyğəmbərlərin onlara sevgi və şəfqətlə yanaşdığını açıqlamışdır. Xurafatçıların heyvanlara olan nifrətini üzə çıxaran sapqın din anlayışı Quranın heç bir yerində yoxdur.

Quranın tətbiqçisi Peyğəmbərimizin (səv) həyatında da heyvana olan dəyər və sevginin nümunələrini görürük. Peyğəmbərimiz xurafatçı düşüncənin əksinə olaraq, heyvanlara qarşı şəfqətli idi.