“Yasin” surəsi ölülər üçün deyil

Rəbbimizin biz qullarına rəhmət və şəfa olaraq endirdiyi Quranı ölülərin arxasından oxunan məzarlıq kitabı halına gətirən ənənəvi düşüncəyə etdiklərinin yanlış olduğunu göstərən ən önəmli dəlil “Yasin” surəsinin 70-ci ayəsidir:

(Quranla) diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. (Yasin surəsi, 70)

Quranın diriləri xəbərdar etmək üçün göndərildiyini açıq-aydın göstərən bu ayənin keçdiyi “Yasin” surəsinin ənənəvi şəkildə ölülər üçün oxunması müsəlmanların Qurandan çox uzaq olduğunun aşkar sübutudur.

Halbuki Allah “Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın” (Əhzab surəsi, 34) ayəsi ilə daima oxunan və hikməti ağılda qalan bir Qurandan bəhs edir. Yenə başqa bir Quran ayəsində Allah: “Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır” (Bəqərə surəsi, 2) –deyə açıqlayır. Bir kitabın yol göstərici olması üçün içindəki yol göstərən hikmətlərin bilinməsi gərəkir.

Bütün bunların gerçəkləşməsi ancaq Quranı oxumaq və içindəki öyüdləri bilib anlamaqla mümkündür.