Quranı kafi görməmək

Allahın sözü Quran doğru ilə yanlışın, yaxşı ilə pisin nə olduğunu insanlara bildirən haqq kitabdır. Quranda insanların nə üçün və necə yaradıldığı, həyat modeli, gözəl əxlaq, ibadət formaları, vücud və ruhun sağlam olmasının yolları, çətin anlardan çıxış yolları, müxtəlif insan xüsusiyyətləri, həmçinin iqtisadi, siyasi, sosial və hüquqi yaşayışın ən ideal şəkildə olmasının zəruriliyi, insanların Allahın sözlərinə itaət etmədikdə düşəcəyi sıxıntılar, ölümlə bağlı bilgilər, Qiyamət günündə yaşanacaq olaylar, Cənnət və Cəhənnəm haqqında məlumatlar və bundan başqa bir çox mövzu təfsilatı ilə açıqlanmışdır. Yəni QURANDA BİR İNSANIN HƏYATDA EHTİYAC DUYDUĞU ƏSAS ŞEYLƏRİN HAMISI VERİLMİŞDİR. Bu həqiqət ayələrdə belə bildirilir:

Biz Kitabda HEÇ BİR ŞEYİ NƏZƏRDƏN QAÇIRMADIQ. (Ənam surəsi, 38)

Biz bu Quranda insanlar üçün HƏR CÜR MƏSƏLİ MÜFƏSSƏL İZAH ETDİK. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 89)

Biz bu Quranda insanlar üçün HƏR CÜR MƏSƏLİ ƏTRAFLI İZAH ETDİK. (Kəhf surəsi, 54)

Onlara OXUNAN KİTABI sənə nazil etməyimiz onlar üçün KİFAYƏT DEYİLMİ? (Ənkəbur surəsi, 51)