Quranda kişi ilə qadının əllə görüşməməyinə dair heç bir izah yoxdur.
Dinimizin yeganə qaynağı olan Quranda halal və haramlar bəllidir. Heç kimin dəlilsiz və sübutsuz bu halal və haramlara dəyişiklik etmək səlahiyyəti yoxdur. Haram olmayana haram demək isə Allah adına yalan söyləməkdir. Allah adına ancaq zalımlar yalan söylərlər:
Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? (Zümər surəsi, 32)
Bundan başqa, qadının özü əlini uzatmadıqca salamlaşmaq üçün əl uzadıb onu məcbur etmək olmaz. Qadının salam vermək üçün kişiyə əl uzatması bütün mədəniyyətlərdə geniş yayılmış nəzakət və ədəb qaydasıdır.
Halbuki bir-birinə tamamilə zidd MÜXTƏLİF DİNLƏR əmələ gətirən məzhəblər bir çox mövzuda olduğu kimi, qadın və kişinin əllə görüşməsində də fərqli ictihadlar etmişlər. Qurandakı İslama uyğun gəlməyən və bir-birinə zidd olan hədislərin qaynaq əmələ gətirdiyi məzhəblər müsəlman dünyasında ayrılıq və təəssüb meydana gətirmişdir. Belə olduğu halda, bir-birindən fərqli və hətta ziddiyyətli yüz minlərlə hədisin mövcudluğu, səhih olması bir qisim hədisçilər arasında da müxalifətə səbəb olmuşdur. Müsəlmanlar öz aralarında ayrılığa düşməz və düşməməlidir. Çünki Quranda müsəlmanların birləşəcəyi TƏK YOL, TƏK AĞIL var. DİNƏ DAİR SUALLARIN TƏK CAVABINI VƏ ANLAŞILMAZLIQLARIN TƏK HƏLLİNİ bizə Quran verir.
Xülasə olaraq, kişi və qadının əllə görüşməsini qadağan edən hər hansı bir ayə yoxdur. Dinin tək sahibi Allahdır. Allahdan bizə gələn, Allahın sözü olan, dinimizin tək qaynağı Qurandır. Din adından hökmlər Qurandan verilir. Allah hökmündə heç kimi ortaq tutmaz.