Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32)
Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinin ziddidir; amansızdır, qan tökmək, öldürmək, acı çəkdirmək istər. Dolayısilə, bir terror aktının səbəbini axtaranda bunu dində deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin kökünü faşist, kommunist, irqçi və materialist düşüncə daşıyan insanlarda axtarmaq lazımdır. Terrorçuların hansı adı daşıdığı, şəxsiyyət vərəqələrində nə yazıldığı əhəmiyyətli deyil. Bir adam məsum insanları göz qırpmadan öldürürsə, dindar deyil, dinsizdir. Allahdan qorxmayan və tək məqsədi qan töküb acı çəkdirmək olan canidir.
Bu səbəbdən, “İslami terror” məfhumu ziddiyyətli və çox xətalı bir anlayışdır. Çünki İslam dinində heç bir şəkildə terrora yer yoxdur. Əksinə, İslama görə terror olaraq adlandırdığımız aksiyalar (yəni günahsız insanlara qarşı işlənən qətliamlar) bir cinayətdir və müsəlmanlar bu aksiyaları əngəlləmək və yer üzünə sülh, hüzur və ədalət gətirməklə vəzifəlidirlər.