Qurana görə, dini təbliğ edib ücrət, yaxud məvacib almaq olmaz. Dini anlatmaq, dini təbliğ etmək hər möminə fərz olan ibadətdir. Dövrümüzdə din adamı adı ilə dini təbliğ edib məvacib alanlar tamamilə Qurana zidd davranırlar. Necə ki, Quranda elçilərin dini anlatmaq üçün pul almadıqları açıq şəkildə bildirilir:
Hz.Muhəmməd:
De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Ənam surəsi, 90)
Hz.Yunis:
Əgər üz çevirsəniz, (bilin ki,) mən sizdən heç bir mükafat istəmirəm. (Yunis surəsi, 72)
Hz.Hud:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Şüəra surəsi, 127)
Hz.Nuh:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Şüəra surəsi, 109)
Hz.Saleh:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Şüəra surəsi, 145)
Hz.Lut:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Şüəra surəsi, 164)
Hz.Şüeyb:
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. (Şüəra surəsi, 180)
Və:
SİZDƏN HEÇ BİR MUZD İSTƏMƏYƏN VƏ ÖZLƏRİ DƏ DOĞRU YOLDA OLAN KƏSLƏRİN ARDINCA GEDİN! (Yasin surəsi, 21)
Bütün bu ayələrdən də anlaşıldığı kimi möminlər din təbliğindən ücrət tələb etməzlər. Əksinə, bütün imkanlarından Allahın rizasını qazanmaq üçün istifadə edərlər.