Ənənəvi inanca və ateizmə görə İslamda qadınlar ancaq müəyyən şəxslərlə və əsaslı şərtlər daxilində səyahət edə bilərlər. Bəs bu səmimi olmayan iddialara Quran necə cavab verir? Birlikdə baxaq:
Quranda qadın və kişilərin bu mövzuda xüsusiyyətləri bildirilmişdir. Necə ki, “SAİHAT” ifadəsi kök olaraq üç ayədə keçir. Ənənəvi Quran tərcümələrində kişidən bəhs edilərkən “SƏYAHƏT EDƏNLƏR”, “DOLAŞANLAR”, “AKTİV” kimi çevrilərkən, QADINLARDAN bəhs edən “Təhrim” surəsinin 5-ci ayəsində qəflətən ORUC TUTAN kimi tərcümə olunur. Yəni çöldə səyahət edən, dolaşan qadınlara təhəmmül edə bilməyən ənənəvi zehniyyət “SAİHAT” kəlməsini əlaqəsiz şəkildə tərcümə edir. Qurana baxaraq mövzunu bir az araşdıraq:
“Tövbə” surəsinin 2-ci ayəsi:
فَسِيحُوا …… fəsihu …… dolaşın …… س ي ح
“Tövbə” surəsinin 112-ci ayəsi:
السَّائِحُونَ …… s-saihunə …… səyahət edənlər …… س ي ح
“Təhrim” surəsinin 5-ci ayəsi:
سَائِحَاتٍ …… saihatin …… səyahət edən …… س ي ح
Göründüyü kimi “SAİHAT” sözü qadın və kişilər üçün də SƏYAHƏT EDƏN, AKTİV OLAN mənasında işlənməlidir.
Bundan başqa, ənənəvi inancın əksinə, Qurana görə qadınlar səyahətə tək çıxa bilərlər. Quranda keçən bütün qissələr möminlərə ən gözəl nümunədir. Allah Quranda hz.Məryəmin tək başına ailəsindən uzaq yerə getdiyini bildirmişdir:
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmişdi. (Məryəm surəsi, 16)
Ayədən anlaşıldığı kimi, “SAİHAT”, yəni səyahət edən, aktiv olan qadınların öz istəklərinə görə tək səyahət etmək haqları vardır. Əksini iddia etmək isə tamamilə səmimiyyətsizlikdir.
Bunlarla yanaşı, “Məryəm” surəsində keçdiyi üzrə, sıxıntı keçirən hz.Məryəmin səyahətə tək getdiyinə diqqət çəkilmişdir. Düşünüb dərk edənlər üçün bunun bir çox faydası var: səyahətin insan psixologiyasına mübahisəsiz müsbət təsiri vardır. Yalnız səyahət etmək tək başına qərar vermə azadlığı deməkdir və düşünmə qabiliyyətini gücləndirir. Amma unutmaq olmaz ki, səyahət edən yalnız deyildir, sadəcə tək başınadır. Yeni insanlar və yeni məkanlar tanımaq insanlara ruhi yöndən də yaxşı təsir göstərir.
Allah yaratdığı qulları hər kəsdən və hər şeydən ən yaxşı biləndir. Allah qullarına çətinlik deyil, asanlıq istər. Şübhəsiz, Quran hökmlərinin hamısı QADINLARIN LEHİNƏDİR.