Boş danışıq şeytandandır

Müsəlmanın etməli olduğu bütün ibadətlər Qurandadır (Şura surəsi, 13). Allah Quranı ətraflı izah etmiş (Hud surəsi, 1) və ibadət şəkillərini bildirmişdir. Lakin bəzi insanlar Qurandan kənar qaynaqları özlərinə rəhbər etmiş və dinə yeni ibadət şəkilləri əlavə etmişdir. Halbuki O, heç kəsi öz hökmünə şərik etməz ( Kəhf surəsi, 26). Bəziləri də Quranda hökm olaraq bildirilən ibadətləri görməzlikdən gəlmiş və ya dəyişdirmişdir. “Qəsəs” surəsinin 55-ci ayəsi də qulaqardına vurulmuşdur.

Ayədə bildirildiyinə görə, müsəlmanlar boş işlərlə və məsxərə ilə vaxt itirməzlər, hər an Allahın razılığını qazanmağa çalışarlar. Rəbbimiz boş və mənasız davranışları qadağan etmişdir. Zina etmək, donuz əti yemək, qumar oynamaq haram olduğu kimi, boş yerə vaxt keçirmək və məsxərə də eləcədir. Bu, Allah qatında pis davranışdır. Möminlər Qurandakı heç bir hökmü qulaqardına vurmazlar.