Qızıl və ipək haram deyil

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)

Ayədə uca Allah əhəmiyyətli həqiqəti bildirir: ixtiyarı olmadığı halda, halalları haram edən şəxslərin varlığını…

Hal-hazırda, əlbəttə, haramları halal kimi görüb vecsiz yaşayan insanlar vardır. Lakin ayədə Allahın halal etdiklərini din adından haram edənlərdən bəhs edilir. Yəni bu şəxslər, əslində, Allahın adından istifadə edib fərqli bir dini təbliğ edirlər. Xurafatçı düşüncəyə görə qızıl və ipək haram olsa da, yeganə hökm sahibinin Allah olduğuna inanan müsəlmanlar Quranda bu nemətlərin haram olmadığını açıq-aydın bilirlər.