Peyğəmbərin şikayəti

Müsəlmanların bir qismi saxta hədislərdən dolayı və bəzi “alim”lərin dinə əlavə etdiyi xürafələr səbəbi ilə Qurandan uzaqlaşmışdır. Saxta hədislər və bəzi alimlərin şəriət hökmləri əsasında Quranda olmayan hökmlər yayılmışdır. Bu hökmlər o qədər çətindir ki, bəziləri Quranı toxunulmaz kimi görürlər:

“Qurana dəstəmazsız toxunmaq olmaz” xürafəsinə görə Quran oxumaq çətinləşdirilib

Dəstəmazın Quranda tək bir ayədə açıq şəkildə bildirildiyinə və çox asan olduğuna baxmayaraq xurafatçıların cildlərlə kitabında dəstəmazı pozan müxtəlif səbəblər var.

Quranı davamlı oxumaq olmaz; üstü örtülüb yüksək yerə qoyular.

Quran müsəlman üçün ən önəmli olduğu halda bu xürafələrə görə Quran Ramazan ayında, cənazələrdə, mübarək günlərdə və başqa zamanlarda yalnız ərəbcə oxunur. Ona görə də ərəbcə bilməyən cəmiyyətlərin əksəriyyəti Quranda yazılanlardan xəbərsizdir. Qısaca, bu xürafə düşüncəsinin nəticəsi olaraq dünyada milyonlarla insan Allahın ayə və hökmlərindən xəbərsizdir.

Quranda baş örtüyü və Qurana dəstəmazlı toxunmaq kimi hökmlərin olmadığına baxmayaraq bir qadının baş örtüyü və dəstəmazı olmadan Qurana toxunması bu uydurma dində qadağandır. Eynilə kişilər üçün də saxta hökmlər vasitəsilə Qurana toxunmaq çətinləşdirilib.

İnsanları Qurandan uzaqlaşdırmaq üçün yayılan rəvayətlərdən biri də Quranı oxuyub anlamaqla bağlıdır. Guya heç kim sərbəst şəkildə Quranı oxuyub başa düşə bilməz və mütləq alimlərin təfsirinə ehtiyac vardır. Bunu qəbul edən müsəlmanların bir qismi Allahın Quranda bildirdiyi “Biz hər şeyi təfsilatı ilə izah etdik” (İsra surəsi, 12) ayəsinə rəğmən Quranı yetərsiz görmüş və öz ağıllarına görə saxta hədisləri gerçək yol göstərici zənn etmişlər. Hansı ki, Peyğəmbərimiz (səv) axirətdə Quranı tərk edən ümmətindən şikayətçi olacaq:

Peyğəmbər: “Ey Rəbbim! QÖVMÜM bu QURANI TƏRK ETDİ!” -deyəcək. (Furqan surəsi, 30)