Peyğəmbərə tabe olmaq hədislərə tabe olmaq deyil

Dünyada islamofobiya kimi tanınan və qaynağı İslam kimi göstərilməyə çalışılan bütün problemlərin əsas səbəbi Quranı yetərli görməyib rəvayətlərin və başqa qaynaqların önə çıxarılmasıdır.

Peyğəmbərimiz Qurandan başqa bir qaynağı insanlara təqdim etməmiş, yazdırmamış və öyrətməmişdir. Peyğəmbərin söylədiyini iddia edilən hər hansı bir söz və ya şərh Qurana zidd olarsa, yaxud dində əlavələrə və ya əskiltmələrə səbəb olarsa, bu, həm dinə və həm də Peyğəmbərə atılan böyük iftiradır.

Dövrümüzdə dünyada İslam adından vəhşilik edənlərin qaynağı əsla Quran deyil. Bu problemin yeganə həlli tez bir zamanda Qurana dönmək və Quran əxlaqını durmadan anlatmaqdır.

Allah Quranın bir çox ayəsində Quranın əskiksiz və açıq-aşkar olduğunu bildirir:

Biz kitabda heç bir şeyi NƏZƏRDƏN QAÇIRMADIQ… (Ənam surəsi, 38)

Allah sizə kitabı MÜFƏSSƏL SURƏTDƏ NAZİL ETMİŞDİR… (Ənam surəsi, 114)

Biz bu Quranda insanlar üçün HƏR CÜR MƏSƏLLƏR çəkdik… (Rum surəsi, 58)