Qurana görə, iki vaxt (2) namaz, beş vaxt (5) təsbih fərzdir

Quranda ibadətlər haqqında bütün məlumatlar verilmişdir. Namaz, vaxtları müəyyən edilmiş fərzdir və İKİ (2) VAXTDIR.

“Nur” surəsi, 58: Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar qoy üç vaxtda sizdən izin istəsinlər: SÜBH NAMAZINDAN ƏVVƏL, günorta paltarınızı çıxartdığınız zaman və GECƏ NAMAZINDAN SONRA.

“Hud” surəsi, 114: Gündüzün iki başında (ƏVVƏLİNDƏ VƏ AXIRINDA), və GECƏNİN BƏZİ SAATLARINDA NAMAZ QIL!

Qulaqardına vurulan Quran hökmlərindən biri də TƏSBİH VAXTLARIDIR.

Həmd bütün təriflərə, uca tutulmağa və iltifata layiq olanın yalnız Allah olduğunu, təsbih isə Allahın hər cür nöqsan, qüsur və xətadan uzaq və münəzzəh olduğunu təsdiq etməkdir.

SÜBH TƏSBİHİ

Səbr et! Həqiqətən, Allah’ın vədi haqdır. Günahının bağışlanmasını dilə, axşamüstü və SÜBH ÇAĞI Rəbbini həmd ilə təriflə. (Ğafir surəsi, 55)

Odur ki, siz axşama çatanda və SƏHƏRƏ ÇIXANDA Allahın şərəfinə çoxlu tərif söyləyin. (Rum surəsi, 17)

SƏHƏR-axşam Onun şəninə təriflər deyin! (Əhzab surəsi, 42)

GÜNORTA (ZÖHR) TƏSBİHİ

Axşam çağında da, GÜNORTAYA YETİŞƏNDƏ də Onun şərəfinə təriflər deyin! (Rum surəsi, 18)

ƏSR (İKİNDİ) TƏSBİHİ

GÜNƏŞ doğmamışdan və BATMAMIŞDAN ƏVVƏL Rəbbini həmd-səna ilə təriflə. (Taha surəsi, 130)

AXŞAM (ŞAM) TƏSBİHİ

Odur ki, siz AXŞAMA ÇATANDA və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. (Rum surəsi, 17)

GECƏ (İŞA) TƏSBİHİ

GECƏNİN BƏZİ SAATLARINDA və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Taha surəsi, 130)

Müəyyən edilmiş vaxtlarda Allahı təsbih etmək Quranda bildirilən fərzlərdəndir. Mömin Allahın fərz etdiyi şeyləri öz anlayışına görə sıralamaz. Yəni namaz qılmağı təsbih etməkdən, oruc tutmaqdan və ya zəkat verməkdən daha önəmli, yaxud əhəmiyyətsiz görməz.

Quranda bildirilən iki (2) vaxt namaz qılmaq və beş (5) vaxt Allahı təsbih etmək möminin gündəlik ən önəmli vəzifələrindən biridir.