Qurana əsasən namaz -4

Namaz qədim ibadətdir. İnsanlığın ilk yaradıldığı gündən bəri iman edənlərə fərz edilmişdir. Quran açıq-aydın kitabdır (Hud surəsi, 1) və ibadətlərə dair bütün hökmlər ondadır.

“Həcc” surəsinin 26-cı ayəsindən anladığımız kimi, namazda birinci ayaq üstə durub (qiyam) Allahı təsbih edib ucaltmağımız gərəkir. Bundan başqa, Qurandan bizim üçün asan olan Allahı tərifləyən ayələri oxuya bilərik (Müzəmmil surəsi, 20). Namazda əsl gərəkən Allahı təsbih edib ucaltmalı və uca Rəbbimizin hüzurunda olduğumuzu dərk edib huşu içində olmalıyıq. Ayaq üstə durub təsbih edərkən formasını düşünməyib namazın şüurunda olmaq lazımdır. Əllərimizi  harada tutub, ayaqlarımızı neçə sm aralı tutacağımız və ya əllərimizi göbəyimizin üstündə birləşdirəcəyimiz, yoxsa sərbəst tutacağımız kimi bizi namazdan saxlayan forma ilə əlaqədar şeylərlə maraqlanmamalıyıq.