Dünyamızı bütün canlılarla birlikdə paylaşırıq. Rəhman və Rəhim olan Rəbbimizin bizə göndərdiyi sonsuz mərhəmət və üstün əxlaq xüsusiyyətinə sahib, bəşəri hökmləri olan Quranda bütün canlılara qarşı sevgi və şəfqət əsas götürülmüşdür. Bitki və heyvanların hər birində Allahın təcəllisi vardır. Quranı qeyri-kafi görən bəzi düşüncə sahibləri heyvanlara qarşı mərhəmətsiz davranırlar. Heyvanlara edilən işgəncə əxlaqsızlıq və zülmdür. Quranda Səmud qövmünün həlak səbəblərindən biri də heyvana zülm etmələridir. Buna baxmayaraq, Qurandan başqa digər qaynaqlarda heyvana zülm əsas alınır. Bunlara bir neçə nümunə belədir:
Ov, qoyun və çoban itlərindən başqa, digər itləri öldürün. (4949-Buxari-Müslim-Müvətta-Tirmizi-Nəsai)
Bütün quruda yaşayan itləri öldürün. Çünki onlar şeytandır. (Hənbəli 4/85, 5/54)
Eşşəyin şeytan gördüyü üçün anqırdığı deyilir. (Müslim)
Siçanın, əslində, yəhudi olduğu, buna görə dəvə südü içmədiyi isə başqa bir hədisdir. (Müslim, Zühd)
Qarğanın azğın (fasiq) olduğu hədisi də vardır. (Buxari 59/16; Hənbəli, Müsnəd 2/52)
Göyərçin şeytandır. (5331-Əbu Davud- İbni-Macə)
Kərtənkələ fasiqdir (günahkardır). (Müslim 2239/145, İbni-Macə 3230, Əbu Davud 5262)
Kərtənkələni ilk vuruşda öldürən adama yetmiş savab vardır. (Əbu Davud 5264, Müslim 2240/147)
Zina edən meymunların daşlanaraq öldürülməsi…
Bu mənbələr Qurandan kənar qaynaqları dinə əlavə edən düşüncənin Qurandan uzaq və qorxunc bir həyat gətirdiklərinin xülasəsidir. Halbuki Qurana görə, heyvanlara sevgi və şəfqət göstərilməlidir. (Bax: “Sad” surəsi, 32-33)
Quranda HEYVANLAR ALLAHın ƏSƏRİ və ÜZƏRİNDƏ DÜŞÜNÜLMƏSİ LAZIM OLAN İMAN HƏQİQƏTİ olaraq nümunə verilir. (Bax: “Ğaşiyə” surəsi, 17)
Quranda HEYVANLARIN AĞILLI olduqlarına diqqət çəkilir (Bax: “Maidə” surəsi, 31).
Allah Quranda HEYVANLARIN VƏHY İLƏ hərəkət etdiyini xəbər verir (Bax: “Nəhl” surəsi, 66)
Quranda HEYVANLARDA YARADILIŞ DƏLİLLƏRİNİN olduğu xəbər verilir (Bax: “Fatir” surəsi, 28 və “Yasin” surəsi, 71)
HEYVANLARIN GÖZƏLLİK olaraq növbənöv yaradıldığı xəbər verilir. (Bax: “Həcc” surəsi, 18 və “Nur” surəsi, 41)
Nəticə etibarilə, adət-ənənələr deyil, Quranın bəşəri hökmləri həyata keçirilməlidir. Quranın bir ayəsində Rəbbimiz bu şəkildə buyurur.
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)