Dinimizdə dil, irq, rəng ayrı-seçkiliyi yoxdur. Allahın fərqli dil, rəng və mədəniyyətlər yaratması dünya üçün bir gözəllikdir.
Allah sərhədləri bir-birinə yaxın olan ölkələrdə də fərqli dillər və hər millətə xas davranış formaları, danışıq üslubu və mədəniyyətlər yaratmışdır. Uca Allahın bu cür fərqliliklər yaratması Onun müxtəliflik sənətinin təzahürüdür. Allah bu müxtəlifliyi dünyada bir gözəllik və bəzək olsun deyə yaratmışdır. Allah diləsəydi, bütün dilləri, millətləri və insanların rənglərini eyni yaradardı. Fəqət adət-ənənəsi, yeməyi, geyimi, hətta memarlıq sənəti fərqli olan qövmlər yaratması insanların bir-biri ilə tanış olması və qaynayıb-qarışması üçün yaratdığı nemətdir. Allah bu həqiqəti Quranda belə bildirir:
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi, 22)
Fərqli irqlərin mövcudluğu Allahın insanların genində yaratdığı zəngin müxtəlifliyin nəticəsidir.
İrqçilik böyük təhlükədir. Hədəfi millətləri parçalamaqdır. İrqçilik vücuda müntəzəm zərər verən və getdikcə yayılan xərçəng kimidir. Xərçəngli hüceyrələr, bilindiyi kimi, toxumaları parçalayır və bədəni öldürür. İrqçilik də insanları öldürməkdən əl çəkməz. Tarix belə nümunələrlə doludur. Halbuki uca Rəbbimiz bizim bütün və bir olmağımızı istəyir. Ayədə belə buyurulur:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda mücadilə edənləri sevir. (Səf surəsi, 4)
Allah insanları axirətdə də birlik olaraq yaratmışdır. Məsələn, Cəhənnəmdə Cəhənnəm əhli tək bir ümmətdir. Cənnət əhli də tək bir ümmətdir.
Cənnətdə irq anlayışı yoxdur. Hansı qövmdən olduğumuzu heç kim soruşmayacaq. Cənnət modeli insanlar üçün dünyada da əsasdır. Bu model irq, məzhəb və dil ayrı-seçkiliyi olmadan bütün insanları qucaqlayan və hər kəsə sevgi, bərəkət, bolluq təklif edən İslam Birliyi modelidir.