“İslam” kəlməsi ərəbcə “sülh” sözü ilə eyni məna daşıyır. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təzahür etdiyi hüzur və sülh dolu həyat üçün endirilən dindir.
İslam dininin yeganə qaynağı olan Quran Allahın insanlara yol göstərici kimi nazil etdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaq sevgi, şəfqət və ədalət kimi anlayışlara əsaslanır. Quranda insanlar yer üzündə sülhün yaşana biləcəyi tək həyat şəkli olan İslam əxlaqına dəvət olunurlar. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!
Ayədə Rəbbimiz güvənlik və sülhün Quran əxlaqı ilə yaşanacağını bildirir. Quran əxlaqına görə, imanlı hər kəs müsəlman olub-olmasa da, digər bütün insanlara qarşı ədaləti davranmaqla, zəif və günahsızları qorumaqla və yer üzündə fitnə-fəsadı aradan qaldırmaqla vəzifəlidir. Fitnə-fəsad yer üzündə insanların güvənliyini və hüzurunu pozan hər cür vəziyyətdir. Hürr iradəyə və düşüncə azadlığına malik insanlara müəyyən səbəblərdən dolayı təzyiq etmək İslam əxlaqına uyğun deyildir. Dolayısilə, “Allah isə fitnə-fəsadı sevmir” (Bəqərə surəsi, 205) hökmünün gərəyi olaraq müsəlmanlar bu xətalı hərəkətdən ciddi şəkildə uzaq dururlar. Allahdan qorxan bir insan heç bir vəchlə dövlətinə, millətinə və insanlığa ən kiçik zərər gətirən hərəkətə göz yummaz. Əksinə, fitnə-fəsada səbəb olan hər cür yanlış düşüncəyə qarşı mübarizə aparar.
Beləliklə, İslam təzyiqdən uzaq sülh və tolerantlıq dinidir. Sülh və güvənliyin qaynağı isə İslam əxlaqıdır.