Qurana əsasən, Allah hər dövrdə elçi göndərir

İnsan yaradılış etibarilə verdiyi sözləri unutmağa, nəfsinin istəklərinə tabe olmağa və dünyaya meyillidir. Buna görə də sonsuz rəhmət sahibi, hər şeyin yaradıcısı olan Allah xatırladıcı və XƏBƏRDAREDİCİ rəsullar (elçilər) göndərmişdir.

O (Muhəmməd), Allahın Elçisi/Rəsulu və peyğəmbərlərin/nəbilərin sonuncusudur. (Əhzab surəsi, 40)

Ayəyə görə hz.Muhəmməd son peyğəmbərdir, amma son rəsul/elçi deyil. Nəbi kitab verilən peyğəmbər deməkdir. Rəsul/elçi isə Allahın endirdiyi ilə (haqq kitabla) hökm edən, xatırladıcı və XƏBƏRDAREDİCİ deməkdir.

Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. ELƏ BİR ÜMMƏT YOXDUR Kİ, ONA XƏBƏRDAR EDƏN  GƏLMİŞ OLMASIN. (Fatir surəsi, 24)

Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. (Ğafir surəsi, 78)

Biz heç bir məmləkəti onu xəbərdar edənlər olmadan məhv etmədik. (Şüəra surəsi, 208)

Sənin Rəbbin mərkəzlərinə ayələrimizi oxuyan BİR ELÇİ göndərməmiş məmləkətləri məhv etmədi. (Qəsəs surəsi, 59)

Ayəyə görə böyük müsibət olan Qiyamətdən öncə də yer üzünə bir elçi göndərilməsi gərəkir. (Ən doğrusunu Allah bilir)

Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən  gözətçiləri onlardan soruşacaqlar: “MƏGƏR SİZƏ XƏBƏRDARLIQ EDƏN  GƏLMƏMİŞDİ?” (Mülk surəsi, 8)

Bu ayədə də Cəhənnəm əhlindən: “SİZƏ XƏBƏRDAR EDƏN GƏLMƏMİŞDİ?” -deyə soruşulur. Yəni hər dövrdə insanlara mütləq bir ELÇİ/XƏBƏRDAREDİCİ gəlmişdir.

Onlara öz aralarından xəbərdarlıq edən gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu, çox qəribə bir şeydir. (Qaf surəsi, 2)

Ya da onlar: “Bunu özündən uydurmuşdur!” -deyirlər. Xeyr, o, Rəbbindən  olan bir haqdır ki, səndən öncə xəbərdar edən  gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də onlar doğru yola yönələlər. (Səcdə surəsi, 3)

Biz (Musanı) çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl ÖZLƏRİNƏ XƏBƏRDAR EDƏN  GƏLMƏMİŞ BIR TAYFANI XƏBƏRDAR EDƏSƏN DEYƏ, RƏBBİNDƏN BIR MƏRHƏMƏT OLARAQ (SƏNİ GÖNDƏRDİK Kİ), bəlkə, düşünüb anlayalar. (Qəsəs surəsi, 46)

Ey kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “BİZƏ MÜJDƏLƏYƏN VƏ QORXUDAN KƏS GƏLMƏDİ”, -deməyəsiniz deyə, bəyan edən Elçimiz gəldi. Artıq sizə MÜJDƏLƏYƏN VƏ QORXUDAN (BİR ELÇİ) gəldi. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)

Müjdə verən və qorxudan ELÇİLƏR (göndərdik) ki, insanların ELÇİLƏRDƏN sonra ALLAHA QARŞI BİR BƏHANƏSİ OLMASIN. Allah qüdrətlidir, müdrikdir.  (Nisa surəsi, 165)

Qısaca desək, Allah hər dövrdə elçi/xəbərdaredici göndərmişdir. Qiyamətdən öncə də mütləq XƏBƏRDAREDİCİ/ELÇİ göndərəcək.