Hədislərə inanırsınızsa, onda bunlara da əməl etməlisiniz

Hədislərin çoxu Qurana zidd olmaqla yanaşı, bir-birinə də uyğun gəlmir və biri digərini mühakimə edir. Necə ki, bu hədislərin olduğu kitabda başqa hədislərin olmaması gərək olduğu kimi:

Məndən Qurandan xaric heç nə yazmayın. Kim məndən Qurandan xaric bir şey yazmışsa, onu ləğv etsin… (Səhihi-Müslim, Zühd; Hənbəl, Müsnəd 3/12,21,33)

Səhabə Allahın Elçisindən sözlərini yazmaq üçün izn istədi. Lakin ona izn verilmədi. (Darəmi, Sünən)

 Biz hədis yazarkən Peyğəmbər (səv) yanımıza gəldi və nə yazdığımızı soruşdu. “Səndən eşitdiyimiz sözləri”, -deyə cavab verdik. Peyğəmbər (səv) belə buyurdu: Allahın kitabından başqa kitab istəyirsiniz? Sizdən əvvəlki nəsillər Allahın kitabı ilə yanaşı başqa kitab yazdıqları üçün yoldan çıxdılar. (Əl-Xatib, Təqyid, səh. 33)

 Allahın Elçisindən sözlərini (hədisləri) yazmaq üçün izn istədik; bizə izn verilmədi”. (Tirmizi, Sünən səh.11)

Peyğəmbər yalnız Qurana uyğun hökm verirdi. Peyğəmbərə Quran ayəsi vəhy olunmayanda onun özündən bir şey uydurmasını istədilər. Halbuki bunun mümkün olmadığı, Peyğəmbərin ancaq vəhyə tabe olduğu Quranda belə xəbər verilmişdir:

De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm”. (Ənbiya surəsi, 45)

Allah bir çox ayədə Quranı endirdiyini, Quranı vəhy etdiyini buyurur. Aşağıdakı ayədə göstərildiyi kimi, Peyğəmbərin rəsulluq (elçilik) vəzifəsinin təməli Quranın təbliğ edilməsidir:

Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər etməsən, Onun göstərişini yerinə yetirmiş olmazsan. (Maidə surəsi, 67)

Quranın endirilməsinin tamamlanması ilə din də tamamlanmışdır:

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. (Ənam surəsi, 115)