Müsəlmanlar arasında Quranın yalnız ərəbcə oxunmasının doğru olduğuna dair yayılmış bir fikir var. İnsanlar Quranı öz dillərində oxuduqda Allahın əmr və qadağalarını anlamayacaqlarına inandırılıblar. Lakin Qurani-kərim bütün dillərə tərcümə oluna bilər və insanlar öz dilində onu oxuyub başa düşə bilər.
İslam dünyasına Quranın başqa dildə oxunmasının savabının az olması kimi yanlış fikir hakimdir.
Allah Quranı yalnız ərəblər üçün nazil etməmişdir. Quranda hər qövmə peyğəmbər göndərildiyi və onlara öz dillərində mesaj gətirdiyi buyurulur.
Tövrat hz.Musanın qövmünün dilində, yəni ibranicədir. İncil də hz.İsanın qövmünün dilindədir və aramicədir. Eyni şəkildə, hz.Lutun aldığı vəhylər öz qövmünün dilindədir, hz.Nuh da həmçinin. Quran, Tövrat, İncil, Zəbur Allah qatından endirildiyi üçün müqəddəsdir. Müqəddəs olan dil deyil, bu kitablardakı mesajlardır.
Ərəb dili zəngin və gözəl dildir. Ancaq ərəb dilini Allahın əsas dili, Cənnət dili kimi göstərmək yanlışdır və bu, dini ərəblərə məxsus etmək istəyən irqçi düşüncələrin məhsuludur. Quranın ərəbcə olmasının səbəbi onun ilk olaraq ərəb cəmiyyətinə xitab etməsidir. Allah din göndərdiyi hər qövmə öz dilində xitab etdiyi üçün Quran da ərəbcə endirilmişdir.
Biz HƏR BİR ELÇİNİ ANCAQ ÖZ XALQININ DİLİNDƏ DANIŞAN GÖNDƏRDİK Kİ, (HAQQI) ONLARA BƏYAN ETSİN. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, müdrikdir. (İbrahim surəsi, 4)
Nəticə olaraq: “Quran sadəcə ərəbcə oxunmalıdır”, -demək yanlışdır. Quran bütün bəşəriyyətə endirilmiş son kitabdır və hər dildə oxuna bilər.